Qısa məzmun
Siyazan Broiler Baş mühasibin müavini vəzifəsi üzrə vakansiya elan edir. Istehsalat sahəsində təcrübəsi olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- 1C, BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
- Balans, Mənfəət və zərər hesabatlarının hazırlanması
- Rəsmi hesabatların hazırlanması (Statistika;DSMF)
Namizədə tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə)
- Kişi namizədlər
- Yaş: 25-40
- Vergi məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklərə sahib olması
- Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
- Istehsalat sahəsində təcrübəsi olması üstünlükdür
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00 – 18:00, şənbə 09:00 – 14:00
- Əmək haqqı: 1500 Azn gross
Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş mühasibin müavini” qeyd etməklə CV formasını cv@siyazanbroiler.com email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...