Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
MKT-İK MMC (Pambıq müəssisəsi) Salyan, Neftçala, Bilsəuvar, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Zərdab, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy, Yevlax, Filiallarına Kadrlar üzrə mütəxəssis vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları:
- Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
- İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
- İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;
Tələblər:
- Ali təhsilin olması;
- Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
- Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
- Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
- MS Office proqramları bilikləri;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- 1C proqram biliyi arzu olunandır;
İş qrafiki: 6 günlük, I – V 09:00-17:00, VI 09:00 – 14:00
Müraciət qaydaları:CV –ni Azərbaycan dilində career@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Regionlarda Kadrlar üzrə mütəxəssis” yazmaqla müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...