Çatdırma və quraşdırma üzrə satış koordinatoru (Şəki)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Embawood Çatdırma və quraşdırma üzrə satış koordinatoru (Şəki) vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: “Çatdırma və quraşdırma üzrə satış koordinatoru” (Şəki)

İş qrafiki :

  • İş yeri: 6 günlük / 09:00 – 18:00
  • Bakı, Azərbaycan

İşin təsviri :

  • Mağazalardan gələn sifarişlərin qəbulu
  • Sifarişlərin müvafiq ünvanlar üzrə müştərilərə çatdırılmasına nəzarət
  • Sifarişlərlə bağlı problemlərin həll olunması

Tələblər :

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • Stessə davamlı olmalı
  • Problem həll etmə bacarığı olmalı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Çatdırma və quraşdırma üzrə satış koordinatoru” (Şəki) qeyd edib bu ünvana göndərəsiniz: career@embawood.com

Oxşar vakansiya siyahısı:

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı