Data analitik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kontakt Home Data analitik vəzifəsi üzrə vakansiya elan edir. Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olmalıdır.

Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Data analitik

Vəzifə öhdəlikləri:

  • Analiz edəcək və təkrar-təkrar analiz edəcək. Datalardan necə istifadə edəcəyimizi müəyyən edəcək, yeni modellər quracaq, onları tətbiq edəcək. Tətbiq olunmuş modelləri izləyəcək və optimallaşdıracaq
  • Hər birimizin etdiyi kimi istifadəçilərə və biznesə xeyir verəcək yerdə qalan hər şeylə məşğul olacaq

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dataları oxumaq, emal etmək və təqdim edə bilmək bacarığı
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
  • Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı
  • Kommunikasiya bacarıqları, düzgün şifahi və yazılı dil
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
  • İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük
  • Güclü Excel bilikləri (Power Query / Data Model)
  • SQL-də analitik funksiyalarla işləmə bacarığı
  • Power BI və digər Analitik tool-larla işləmə bacarığı
  • ETL prosesində iştirak etmək
  • Xml, Json, Csv və digər formatlarda olan məlumatlarla işləmək bacarığı
  • Yüksək səviyyədə İngilis və ya Rus dili biliyi
  • Python və ya R proqramlaşdırma dili biliklərinin olması üstünlükdür

İş şəraiti:

  • İş günləri: həftənin 5 günü 9:00 – 18:00;
  • Ə/H bilik və bacarıqlara görə dəyişir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://qlor.me/kkrywaxe

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı