Qısa məzmun
Azərbaycan Mikro Kredit Alternativ Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
“Azərbaycan Mikro Kredit BOKT” MMC Alternativ Satış Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Yalnız xanım namizədlər tələb olunur.
- Bankın dəyərlərinə uyğun davranış.
- Ali, kollec və ya orta təhsil.
- Azərbaycan dilini mükəmməl bilmək, Rus dilini bilmək arzuolunandır.
- Məhsul və ya xidmətin təbliği qabiliyyəti.
- Müştərini inandırmaq və telefonla satış qabiliyyəti.
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi.
- Komandada işləmək bacarığı.
- Analitik düşünmə bacarığı, müştərilərlə yüksək səviyyədə işləmək motivasiyası.
- Müştəri xidmət standartları haqqında təsəvvürə malik olmalı.
- Stresli vəziyyətləri idarə etmək bacarığı.
- İş təcrübəsi vacib deyil, təcrübə proqramına qoşulmaq olar.
- Əmək haqqı 250 AZN və satışdan formalaşan bonus veriləcək.
İŞİN TƏSVİRİ:
- Bankın mövcud Kredit məhsullarının müştərilərə zəng vasitəsilə ilkin satışı.
- Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması.
- Hədəf müştərilərin siyahısı Analitik bölmə tərəfindən təqdim ediləcək.
- Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq və hər hansı bank məhsulu üzərindən ilkin razılığı əldə etmək.
- Cəlb edilən müştərilərin Kredit bölməsinə ötürülməsini təmin etmək.
- Görülmüş işlərə dair hesabat vermək
- Satış texnikalarına malik olmaq.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
- Təcrübə proqramından yararlanmaq.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini info@amk.az elektron ünvanına Subject/Mövzu hissəsində “Alternativ Satış” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə vasitələri:
E – mail: info@amk.az
Telefon: (+994 12) 498 94 97
Mob: (+994 77) 431 41 31
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Korporativ Satış üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC GROUP Korporativ satış şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...