Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Kassir vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi təələb olunur.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq;
- Microsoft Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
- Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...