SMM menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies SMM Dizayner vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir.

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Companies” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə Şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : SMM menecer

Namizədə dair tələblər:

  • Ali təhsil , Jurnalistika və marketinq üzrə bitirənlərə üstünlük veriləcək
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan dilinin qrammatik, leksik və fonetik normalara uyğun bilmək və düzgün tətbiq bacarıqları;
  • İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
  • Surətli düşünmə və mətn yazma bacarığı və natiq, səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı;
  • Korporativ imic üçün xarici görünüş vacibdir;
  • Yaş: 23-35;

İş barədə məlumat:

  • Şirkətin verdiyi mövzular əsasında (məhsullar,brendlər və s.) məqalələr hazırlamaq;
  • Şirkətin Yotube kanalı üçün müsahibələr təşkil etmək, həmçinin verilmiş mövzular əsasında xəbərlər hazırlamaq;
  • KİV-lə münasibətlərdə Press Relizlərin hazırlanması;
  • Şirkəti sosial şəbəkələrdə təmsil etmək;
  • Nahar şirkət tərəfində təmin olunur;
  • İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
  • Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...