Qısa məzmun
Agro Food Investments LLC Daxili audit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş tələbləri:
- Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək.
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək.
- Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək.
- Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək.
- Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq.
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək.
- Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.
Namizəd üçün tələblər:
- Mühasibatlıq, audit sahələrində iş təcrübəsi
- Ali təhsil dərəcəsi
- Mükəmməl Azərbaycan dili (yaxşı rus və ingilis dili bilikləri arzuolunandır)
- Kompüter bilikləri Microsoft Office, 1C mühasibatlıq
- İş ilə bağlı səyahət etmək imkanı
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “Audit mütəxəssis” yazmaqla hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 26 fevral 2021-ci ildir.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...