Həkim Fleboloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Macrobiosis Antiage & Esthetic Center Həkim Fleboloq vəzifəsi üzrə vakansiya elan edir.

İşin adı: Həkim Fleboloq
İşəgötürən: Macrobiosis Antiage & Esthetic” klinikası
Ünvan: Akademik Şəfaət Mehdiyev küç 129, Yasamal ray., Bakı şəh.

İş elanı

İnsanlarımızı öz sağlamlıqlarına investisiya qoymağa həvəsləndirən “Macrobiosis Antiage & Esthetic” klinikası Fleboloq vakansiyası elan edir. Biz inanırıq ki, yeni əməkdaşımız öz bilik, bacarıq və təcrübəsi sayəsində müxtəlif xəstəliklərin və patologiyaların inkişafının qarşısını alaraq insan sağlamlığının və uzunömürlülüyünün qorunmasını, həmçinin insanların daha da gözəl görünmələrinə nail olmaqla onların həyat keyfiyyətini artırmağı özünə məqsəd qoyan klinikamızın bu ülvi missiyasına əhəmiyyətli töhfələr verəcəkdir

Əmək funksiyası:

  • Damarların xarakteristikasına aid olan dəyişiklikləri müəyyən edir
  • Pasiyentin ətraflı anamnezini (varikoz damarlarından əziyyət çəkən qohumlar varmı; varikozun ağırlaşdıran səbəblərdən oturaq iş və passiv həyat tərzi keçirilirmi; hamiləlik və ya doğuş olubmu və s.) araşdırır
  • Tamamilə ağrısız və qeyri-invaziv prosedur olan Rəngli Doppler vasitəsi ilə damarlarının funksional vəziyyətini qiymətləndirir
  • Pasiyent haqqında lazım olan bütün məlumatları bilən həkim, instrumental tədqiqat üsullarını sərf edərək, varikoz damarların diaqnozunu qoyur
  • Müalicəni təyin edir (müalicə konservativ üsullarla və ya zəruri hallarda əməliyyatla aparılır)
  • Varikoz damarların ağırlaşmasının qarşısını almaq üçün tövsiyələr verir
  • Xəstəlik barədə qeydlərin komputerə daxil edir
  • Yüksək müştəri xidmətinin göstərilməsi və müştəri bazasının daim genişləndirilməsi

Namizəd seçimi üçün tələblər:

  • Ali və intrnatura təhsili
  • Peşəsi üzrə minimum iki il təcrübəsi
  • Pozitiv və yüksək ünsiyyət bacarığı
  • Yüksək xidmət və müştəri məmnuniyyəti (həm xəstə, həm də xəstə yaxınlarına qaşı) yanaşması
  • Yaxşı komanda oyunçusu
  • Pasient bazası olanlara üstünlük verilir

İş qrafiki: Bazar ertəsi – şənbə günləri, hər gün 5-6 iş saatı (həftə ərzində 40 saatı keçməməklə), asudə vaxtı saat 13:00-dan 14:00-dək olmaqla işləyir

Hesabat verdiyi şəxs: Baş həkim və Administrativ menecer
Müqavilə növü: Xidməti və ya Əmək müqaviləsi
Xidmət / Əmək haqqı: Qarşılıqlı razılaşma yolu ilə
Benefitlər: Özü və yaxın ailə üzvləri üçün klinikanın imkanlarından 20% endirimli faydalanmaq imkanı, Pulsuz avtomobil dayanacağı

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə CV@macrobiosis.az elektron ünvanına göndərə bilərlər

Qeyd: Əlavə suallar üçün elektron poçt ünvanına mobil nömrənizi qeyd etməklə müraciət edə bilərsiniz

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı