Sistem inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ARIS MMC Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilbiliyi mütləqdir.

“ARİS” Məhdud Məsuliyyətli Cəmiyyəti aparıcı texniki dəstək şirkəti olaraq Məlumat mərkəzlərinə, Hosting şirkətlərinə və İSP‘lərə xarici texniki dəstək xidmətlərini, serverlərin idarə edilməsini, serverlərin təhlükəsizliyi və kənardan idarə edilməsini təmin edir.

Şirkətimiz namizədləri “Sistem inzibatçısı” vəzifəsi üzrə müraciət etməyə dəvət edir.

Başlıca öhdəliklər və məsuliyyətlər:

  • Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
  • Şirkətin web/app serverlərinin quraşdırılması və müşayiəti;
  • IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
  • İstehsalçılarla (DevOps) qarşılıqlı əlaqədə olmaq;
  • Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
  • Yeni servisləri fərqli tapşırıqlar əsasında təkminləşdirmək;
  • Şəbəkə və serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.

Namizədin profili:

  • Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
  • İngilis dilbiliyi mütləqdir;
  • RHСSA üzrə biliklər;
  • HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);
  • Relational və non-relational baza sistemlərin ilkin səviyyədə qurulması və ilkin dəstəyin göstərilməsi (Redis DB + Sentinel, mongodb, mysql, postgresql);
  • LoadBalancer/Failower sistemləri qurulması və idarə olunması (keepalive, peacemaker, haproxy, nginx);
  • Administrator səviyyəsində Red Hat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
  • GlassFish və Tomcat web-servisləri ilə praktiki iş təcrübəsinə malik olmaq;
  • DevOps alətləri ilə işləmə (K8s, docker, rancher, jenkins, git , və s.);
  • CI/CD Pipeline haqda biliklər.
  • Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
  • Linux server əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
  • Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə ilkin təsəvvür;
  • VMWare əsaslı virtual maşınların idarə olunması;
  • Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
  • Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
  • Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
  • Monitoring alətlərdən istifadə etmək bacarığı (Zabbix, OP Manager);
  • Çətin və qeyri-adi tapşırıqları həll etməyə hazırlıqlı olmaq;
  • Təşkilatçılıq və komanda ilə işləmə bacarığı;
  • Dözümlülük, diqqətlilik, məsuliyyətlilik.

Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq.

Namizədlərdən öz CV-lərini “Sistem inzibatçısı” başlığı altında hr@aris.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı