Qısa məzmun
Lux Verge Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Kreativ dizaynerlərə üstünlük verilir.
İş barədə məlumat:
- Şirkət Əhmədli metrosu tərəfdə yerləşir
- İş qrafikli və ya sərbəst rejimdə (frilans) razılaşıla bilər
- İş şəraiti ilə təmin olunma (kompüter, internet, masa və s)
- İş saatları saat 9-dan 6-ya qədərdir
- Nahar şirkət tərəfindən verilir
- AR qanunvericiliyinə uyğun əmək müqaviləsi mümkündür
- İşin mahiyyəti sayt üçün və sosial media üçün postların hazırlanması və çeşidlənməsindən ibarətdir
- Əmək haqqı şərti göstərilib, namizədin təcrübəsindən asılı olaraq dəyişə bilər
CV’inizlə bərabər portfolionuzu da (və ya linkini) göndərin. Əks halda müraciətiniz qəbul edilməyəcək
Namizədə tələblər:
- Cins fərqi yoxdur
- 18 yaşı tamam olmuş və bu sahədə təcrübəsi olan hər kəs müraciət edə bilər
- Kreativ dizaynerlərə üstünlük verilir
- Rus dili və ingilis dili arzuolunandır
- İngilis dilini minimal (pre-inter) səviyyədə bilinməsi vacibdir
- Qrafik dizayn işlərini görə biləcəyi ən azı bir dizayn proqramında yetəri təcrübəyə sahib olmaq (Photoshop, Corel Draw və s.)
- Təcrübə dizaynını bilməsi arzuolunandır (işin təqdimatı üçün, Adobe XD, Figma və s.)
- Verilən tapşırıqlar üçün düzgün vaxt bölgüsü apara bilməli və işləri vaxtında verməlidir, bu məsələdə məsuliyyətsiz olanlar müraciət etməsin
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...