Qısa məzmun
Ə/h 1500-2000 AZN. Şam-Fi MMC SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanda distribütor şirkətləri sırasında TOP 5-likdə yer alan Şam-Fi, Azərbaycan bazarında tələb olunan özünü təsdiqləmiş, yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılmasını həyata keçirir. Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-dan çox marka üzrə ölkənin bütün bölgələrində satışı təşkil edilir.
1100 nəfərdən çox işçi heyəti olan Şam-Fi MMC “SQL Developer” vəzifəsi üzrə işçi axtarışındadır.
İş haqqında məlumat:
- Verilənlər bazası üzrə verilən tapşırığa uygun yeni sorğuların yazılması
- Yeni hesabatların yazıması və mövcud hesabat sorgularının dəstəklənməsi
- Mövcud sorğular üçün performance tuning və optimallaşdırma çalışmasının edilməsi
- Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırlıb test və real sistemlərdə tətbiq olunması
- Müxtəlif İT və Biznes komandalar ilə əlaqələrin qurularaq mümkün texniki həllərin təklif olunması
- Anlaşıqlı və sənədləşdirilmiş kodların yazılması
İş Şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1500-2000 AZN
- Qanunvericiliyə uyğun sənədləşmə
Namizəd üçün tələblər:
- Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr və ya Master dərəcəsi
- SQL bilikləri
- MS SQL, Oracle , MySql verilənlər bazaları üzrə biliklər (Ən azı biri ilə təcrübə)
- DWH (Data Warehouse) üzrə biliklər üstünlükdür
- ETL haqqında biliklər
- BI Texnologiyaları ilə təcrübə arzuolunandır
- Logo ERP sistemi üzrə iş təcrübəsinin olması arzuolunandır
- Hər hansı Obyekt yönümlü Proqramlaşdırma dillərindən birini bilmək üstünlükdür
- Yaxşı komanda ruhu
- Təhlil əsasında qərar vermə, Analitik düşünmə qabiliyyəti
- Güclü ünsiyyət və araşdırma bacarıqları.
- Əlaqədar sahələrdə minimum 2 illik təcrübə
- Əlaqədar sahələrdə sertifikatın olması prioritetdir.
- Sərbəst azərbaycan, rus və ingilis dilini bilənlərə üstünlük verilir
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “SQL Developer” qeyd edərək hr@sham-fi.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...