Qısa məzmun
Universal PRO MMC Korporativ Satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığına malik olmalıdır.
Öhdəliklər:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
- Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi;
- Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması, onlarla görüşmələrin keçirilməsi;
- Müştəridən sifarişlərin qəbul olunması , qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması, Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi və ödəmələrinin izlənilməsi.
- Satışların artırılması, Satışların idarə edilməsi, bacarıqların inkişaf etdirilməsi və məhsul haqqında biliklərin inkişaf etdirilməsi yolu ilə sərfəli nəticələrin əldə edilməsinə cavabdehdir.
- Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətinin inkişaf edə biləcəyi bir mühitin yaradılması.
- Bütün növ satışların korporativ qaydalara uyğun olduğuna nəzarət etmək.
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Korporativ satış planının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (satis ve marketinq sahəsində),
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilmək arzu olunandır
- Problemlərin təhlili və həlli, qərar vermə bacarığı;
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar;
- Təqdimat edə bilmə və inandırmaq bacarığı olan; Sərbəst, özünə güvənən;
- Korporativ mühitlə əlaqədar minimum 1 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Yaş həddi 22-26;
- Komandada işləmək bacarığına malik olmalıdır.
İş şəraiti:
- 6 günlük iş qrafiki – həftəiçi 09:00 – 18:00, Şənbə günü 10:00 – 14:00,
- Əmək haqqı 400 AZN, həmçinin bonuslar.
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Korporativ Satış Mütəxəssisi” yazıb hr@universal-az.com e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...