Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Embawood Satış koordinatoru (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır.
1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
Vəzifə adı: “Satış koordinatoru” (Gəncə)
İş qrafiki :
İş yeri: 6 günlük / 09:00 – 18:00
Bakı, Azərbaycan
İşin təsviri :
- Mağazalardan gələn sifarişlərin qəbulu
- Sifarişlərin yüklənməsinə nəzarət
- Sifarişlərin müvafiq ünvanlar üzrə müştərilə çatdırılmasına nəzarət
- Aylıq sifarişlərin sistemə işlənməsi
- Sifarişlərlə bağlı problemlərin həll olunması
Tələblər :
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Stessə davamlı olmalı
- Problem həll etmə bacarığı olmalı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Satış koordinatoru (Gəncə)” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...