Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of Baku İstehlak kreditləri vəzifəsi üzrə vakansiya elan edir. Minimum 1-3 il iş təcrübəsi olmalıdır.
Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər:
- Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
- Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
- Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
- Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Seçim meyarları:
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
- Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
- Microsoft Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
- Yaradıcı və analitik düşüncə tərzi
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri:
- iş yeri: Xaçmaz filialı
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri – Xaçmaz filialı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...