Quraşdırma şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ProSol QSC Quraşdırma şöbəsinin müdirivəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı: Rəqabət qabiliyyətlidir. Namizədin bilik və bacarığına əsasən müəyənləşəcəkdir.

Şirkət: PROSOL QSC
Vakansiya: Quraşdırma şöbəsinin müdiri
İş yeri: Bakı şəhəri
İş rejimi: 5 günlük
İş vaxtı: 9:00-18:00
Əmək haqqı: Rəqabət qabiliyyətlidir. Namizədin bilik və bacarığına əsasən müəyənləşəcəkdir.

İş haqqında:

  • Quraşdırma xidmətləri ilə bağlı şöbəsinin məsul olduğu əməliyyatları idarə etmək,
  • İT avadanlıq, sistem və proqramların kəsintisiz və davamlı fəaliyyətini təmin etmək üçün xidmətə və xidmətin işçilərinə ümumi rəhbərlik etmək, ümumi rəhbərliklə bağlı bütün əməliyyatları və funksiyaları icra etmək,
  • Məsul olduğu öhdəliklərin icrası üçün lazım olan məlumatları müvafiq prosedur və qaydalara görə şöbənin bütün bölmələrinə öürmək və tələb etmək,
  • Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq İT avadanlıqlarında (kompüter, printer, UPS, video müşahidə avadanlıqları və s.) çıxan nasazlıqların aradan qaldırılmasına, sıradan çıxmış avadanlıqların təmirinə nəzarət etmək,
  • İT avadanlıqlarının şirkətin İT siyasəti, prosedur, qayda və standartlarına müvafiq hazırlanaraq sifarişçi struktur bölmələrdə quraşdırılmasına nəzarət etmək,
  • Proqram təminatı vasitəsilə gündəlik edilən müraciətləri tabeliyindəki əməkdaşlar arasında bölüşdürərək problemin operativ həllini təmin etmək,
  • Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq tabeliyində olan əməkdaşlar tərəfindən müxtəlif proqramların və İT avadanlıqlarının sazlanmasına nəzarət etmək,
  •  Kompüter istifadəçilərinə avadanlıqdan istifadə ilə bağlı təlimatların keçirilməsinə, avadanlıq və proqramlarla bağlı məlumatların verilməsinə nəzarət etmək,
  • Cari proseslərin qeydiyyatının aparılmasını və növbəti layihələrin planlanmasını həyata keçirmək,
  • İT dəstəyi ilə bağlı əməliyyatlara və texniki dəstək işçiləri ilə qarşılıqlı işlərə ümumi nəzarət etmək
  • Müştərilərə yerində İT dəstək göstərilməsini təmin etmək, avadanlıqlarda ortaya çıxan problemlərin müvafiq şöbələrə yönləndirilməsini təmin etmək
  • Yeni müştəri layihələri ilə tanış olmaq, müştəri istəklərini formalaşdırmaq,
  • Layihə çərçivəsində tələb olunan mal-material siyahısını tərtib etmək, sifariş üçün müvafiq şöbələrə ötürülməsini təmin etmək,
  • Layihələrin fasiləsiz və dayanıqlı şəkildə icrasını təmin etmək, quraşdırma işlərinin tələb olunan formada müştəriyə təhvil-təslim prosesini həyata keçirmək,
  • Şöbənin idarəçiliyi üçün plan, siyasət, prosedur və qaydalar hazırlamaq, inkişaf etdirmək və icrasına nəzarət etmək.

Tələblər:

  • Ali təhsil,
  • Müvafiq İT infrasturuktur sahəsində 3-5 il iş təcrübəsi,
  • Word, Excel bilikləri- Əla səviyyədə,
  • Azərbaycan dili-əla, rus və ingilis dili orta səviyyədə,
  • İdarəetmə bilikləri-əla səviyyədə.

Tələbələrə uyğun şəxslər CV-lərini “Quraşdırma şöbəsinin müdiri” başlığı ilə hr@prosol.az e-mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı