Kiçik hüquq məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Kiçik hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dili və İngilis dili arzu olunandır.

Əsas vəzifə və öhdəlikləri:

  • Şirkətin daxili normativ sənədlərin hazırlanmasında hüquqi yardım göstərilməsi;
  • Müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, hüquqi ekspertizası, rəy verilməsi;
  • Lokal müqavilələrin tərtibi, ilkin versiyalarının hazırlanması, hüquqi ekspertizası;
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmənin aparılması;
  • Müvafiq dövlət orqanları və idarə(təşkilatlara) rəsmi müraciətlər, məktubların tərtibi və müvafiq məsələ üzrə hüquqi rəy verilməsi;
  • Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi;
  • Müqavilələrin vaxtında yenilənməsi
  • Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
  • Lazımi hesabatların hazırlanması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

Namizədə aid tələblər:

  • 22-30 yaş arasında;
  • Hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili (mükəmməl), Rus dili və İngilis dili arzu olunandır;
  • Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyi haqqında ümumi biliklər;
  • Microsoft Office proqramları (Excel, Word, PowerPoint) üzrə biliklər;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Vaxtın idarə edilməsi və proaktiv düşüncə.

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
  • Ünvan: Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi

Maraqlanan şəxslər öz CV formalarını “Kiçik hüquq məsləhətçisi” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı