Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bakcell Diler kanallarına dəstək üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında
İdarə: Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki: Standart
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 29.01.2021
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Dilerlərdən daxil olan sorğuları qeydiyyata almaq, həll etmək və müvafiq departamentlərə yönləndirmək
- Sistem təminatı ilə bağlı sorğuları cavablandırmaq
- Diler satış məntəqələrini ziyarət etmək
- Həftəlik və aylıq hesabatlar hazırlamaq
- Dilerlərlə bağlı müvafiq sənədləşmə işlərini aparmaq
- Dilerlərə edilən müvafiq ödəniş proseslərini izləmək
- Müvafiq bildirişlər göndərmək
- Prosesləri təkmilləşdirmək
- Dilerlərin bilik səviyyəsini qiymətləndirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Satış və ya Müştəri Xidmətləri sahəsində ən azı 3 il iş təcrübəsi
- Dilerlerlə iş üzrə biznes proseslərinin idarə olunması sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Müştəri yönümlülük
- Komanda işi və əməkdaşlıq
- Davamlı təkmilləşmə
- Gərgin iş şəraitində təzyiq altında işləmə bacarığı
- Paralel olaraq müxtəlif tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili biliyi üstünlük hesab olunur
- Microsoft Office proqramları üzrə bilik
- Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti
- Yaxşı təqdimat etmə bacarığı
- Analitik düşüncə
Müraciət etmək üçün
CV-nizi “jobs@bakcell.com” e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘’Diler kanallarına dəstək üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans, ...
Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...