Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700 AZN. PRIME Mağazalar Şəbəkəsi Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dilini mükəmməl bilməlidir.

PRİME Accessories Mağazalar Şəbəkəsi Azərbaycanda 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Dünya şöhrətli brend saatların, gümüşlərin, brilliant zərgərlik məhsullarının, xanımlar üçün aksessuarların və dəri brendlərinin ölkədə rəsmi satış distrübiterliyini həyata keçirir. Şirkət Bakıda hal-hazırda 20-ə yaxın filialı ilə müştərilərinin xidmətindədir.

İş barədə məlumat:

  • Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
  • Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
  • İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
  • Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
  • Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;
  • Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
  • İş qrafiki: 09:00-18:00. Həftədə 1 gün istirahət
  • Başlanğıc əmək haqqı: 700 azn. Əlavə mükafatlandırma nəzərdə tutulur

Namizədə tələblər:

  • Hüquq sahəsində minimum 5-7 il iş təcrübəsi
  • Ali hüquqi təhsil
  • 30-40 yaş
  • Azərbaycan və rus dilini mükəmməl bilməli
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
  • AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir, məhkəmə ,logistika sahəsində nəzəri və praktik biliklərə malik olmalıdır, dövlət orqanları ilə işin qaydalarını bilməlidir;
  • Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;

Maraqlanan namizədlərdən CV-lərini vakansiya@bhe.az mail adresinə göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı