Referent
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Referent vəzifəsi üzrə vakansiya elan edir. Detallara fikir verməlidir.

Grand Agro MMC – Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yeni salınmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat:

  • İş yeri – Çinar Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – “Referent”

Vəzifə öhdəlikləri:

  • Daxil olan və çıxan bütün sənədlərin qeydiyyatı, aidiyyatı struktur bölmələrə sənədlərin çatdırılması, izlənməsi və arxivləşdirilməsini həyata keçirir.
  • Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə təqdim edir,
  • Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək. Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
  • Daxil olan zənglərə cavab verilməsi və lazımi ünvanlara yönləndirilməsi
  • Qonaqların qarşılanması, görüşlərin və iclasların təşkil olunması
  • Məktub, arayış, akt, protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq
  • İdarə heyətinin sədrinin xidməti tapşırıqlarının icrası , printer, skan, fax ilə əlaqədar işləri yerinə yetirmək

Tələblər:

  • Təhsil : Təhsil – Ali
  • Təcrübə: Əlaqədar sahədə minimum 1 –3 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili ,Rus dili (səlis), İngilis dili (üstünlük verilir)
  • İT üzrə biliklər: Ms. Office, Excell yaxşı səviyyədə

Səriştəlik:

  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik, etibarlılıq
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Referent” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı