Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Risk_Kredit” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Risklərin idarə edilməsi departamenti / Kredit risklərinin idarə edilməsi şöbəsi
Vəzifə: Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • AR MB və MBNP tələblərinə uyğun və IFRS metodologiyası əsasında ehtiyatların hesablanmasında iştirak etmək;
  • Kredit portfelinin müxtəlif yönümlü analizini aparmaq, daha riskli kredit məhsullarını müəyyən etmək və bu tip məhsullarda risk yaradıcı faktorları aşkarlamaq;
  • Qanunvericiliyə və daxili qaydalara əsasən portfelin konsentrasiyası ilə bağlı limitlərə nəzarət etmək;
  • Risk iştahasının hazırlanmasında iştirak;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Bankın daxili hesabat formalarına və rəhbərliyin tapşırığına uyğun müxtəlif hesabatların tərtib edilməsi və hazırlanması;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak.

Vəzifəyə tələblər:

  • Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
  • MS office: Excel, PowerPoint proqramlarından mükəmməl istifadə bacarığı (SQL bilikləri arzuolunandır);
  • Verilənlərin statistik analizi bilikləri;
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində təcrübə;
  • Analitik qabiliyyət və işgüzar fəallıq;
  • Komandada işləmək bacarığı;
  • Detallara diqqətli və məsuliyyətli yanaşma;
  • Risklərin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı