Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Kapital Bank namizədləri Neftçala və Xaçmaz filliallarında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər:
- Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.
Tələblər:
- Ali təhsil;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışmaq bacarığı
- Microsoft Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...