Texniki dəstək üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma ypolu ilə. SMART HOME MMC Texniki dəstək üzrə Mütəxəssis üzrə vakansiya elan edir. Kompüterdən minimum istifadə qaydalarını bilməlidir.

Az Smart MMC müxtəlif növ ticarət və xidmət sahələri, eləcə də bank sektoruna innovativ maliyyə texnologiyaları üzrə həllər təklif edir. Az Smart MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir.

Az Smart MMC, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş standartlara cavab verən Nəzarət Kassa Aparatları və proqram təminatı üzrə kompleks həllərini ölkə üzrə müxtəlif ticarət sektorlarına təklif edir. Bu həllər sahibkarların gündəlik işlərini daha sadə və effektiv aparılmasına dəstək olaraq, şəffaf hesabatlılıq və etibarlı sahibkarlıq prinsipləri əsasında işləməyə şərait yaradır.

Şirkətimiz İspaniya, Çin, İngiltərə, Böyük Britaniya, Rusiya və Hollandiyada nümayəndəlikləri olan və innovativ maliyyə texnlogiyalarının tətbiqi üzrə beynəlxalq layihələr həyata keçirən “E-21 Partners” holdinqi ilə əməkdaşlıq edir. “E-21 Partners” Rusiya, Qazaxıstan, Özbəkistan və Moldova kimi ölkələrdə yeni nəsil onlayn kassa aparatlarının tətbiqində geniş təcrübəyə malikdir.

Şirkətimizə, Texniki dəstək üzrə Mütəxəssis (Abşeron, Sumqayıt əraziləri üzrə) axtarılır

Vəzifəyə olan tələblər:

  • Kompüterlərlə və pereferiya avadanlıqlarla iş təcrubəsi
  • Kompyuterləri format etmə bacarıqları
  • Win 7, 10 əməliyyat sistemləri yazmag və ayarlamaq
  • Şirkət daxili şəbəkənin gurulması və kabelirovkası
  • Printer,scaner,xeroxla işləmə bacarıqları

Vəzifə öhdəlikləri:

  • Switch, modem və router kimi cihazları qoşub,ayarlamaq və təhvil vermək
  • Yeni avadanlıqların hazırlanması və təhvil verilməsi (Abşeron və Sumqayıt şəhərləri üzrə)
  • Görülən işlərin hesabatlarının bir-başa Rəhbərə verilməsi
  • Nasaz avadanlıqların diaqnostika edilməsi və lazımlı hissələrlə əvəz edilməsi
  • Program təminatını yenilənməsi və avadanlıqları sazlanması

Tələblərə cavab verən namizədlər Yanvar ayının 25-dək öz CV formalarını jobs@azsmart.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Texniki dəstək üzrə Mütəxəssis (Abşeron, Sumqayıt əraziləri üzrə)” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl