İnsan Resursları şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AIR Group İnsan Resursları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurma bacarığı olmalıdır.

Vəzifəyə aid qoyulan tələblər

  • Təhsil: Ali
  • Təcrübə: minimum 3-5 il;
  • Yaş: 25-35
  • Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
  • Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

İş barədə məlumat:

  • İnsan Resurslarının idarə edilməsi siyasətininin qayda və sistemlərini hazırlanmalı, onları təkmilləşdirməlidir;
  • Mövcud vakansiyalar əsasında işçi axtarma, seçmə və işə yerləşdirmə prosedurunu həyata keçirtməlidir;
  • Daxili nizam intizam qaydaları və motivasiya sistemini tətbiq edilməsini təmin etməlidir;
  • Şirkətdə korporativ tədbirlərin təşkilini həyata keçirməlidir;
  • Şöbənin fəaliyyətinə aid olan hesabatları hazırlamalı və rəhbərliyə təqdim etməlidir.
  • İşə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirməlidir;
  • Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarını araşdırılmalı və müvafiq kadrların cəlb edilməsini təmin etməlidir;
  • İşə qəbul prosesinə dair sənədləşmələri aparmalıdır;
  • İşçilərin şəxsi işlərini kadr-uçot formasında aparmalıdır;
  • İşçilərə əmək müqavilələrini hazırlamalı, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin motivasiyası və intizam tənbehlərinə dair dbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparmalıdır;
  • Əmək müqaviləsi daxil olmaqla, işə qəbul, xitam və keçirilmə haqda əmrləri rəsmiləşdirilməlidir;
  • Rəsmləşdirilən əmrləri elektron portala işləməlidir;
  • Struktur və ştat cədvəlini mütamadi olaraq nəzərətdə saxlamalı, lazım olan dəyişiklikləri etməli və təkmilləşməsi üçün tövsiyyələr verməlidir;
  • Aylıq tabel uçotunu aparmalıdır;
  • Əmrlər, ezamiyyət, məzuniyyət və əmək kitabçalarının qeydlərini aparmalıdır;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etməlidir;
  • Lazım olduğu hallarda DSMF müvafiq sənədləri toplayıb göndərilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında icra edilməsini təmin etməlidir;

Vəzifəyə tələblər:

  • Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
  • ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə təcrübəsinin olması;

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyət qurma bacarığı olmalı; – Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı; – Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
  • Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
  • Microsoft Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

  • Əmək haqqı -Razılaşma yolu ilə
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində “İnsan Resursları şöbəsinin mütəxəssisi” yazmaqla hr@airgroup.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı