Sənaye təbabəti şöbəsinin həkimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Leyla Medical Center Sənaye təbabəti şöbəsinin həkimi üzrə vakansiya elan edir.

Leyla Medical Center MMC namizədləri Sənaye təbabəti şöbəsinə Həkim vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Sənaye obyektlərində təcili ilk və planlaşmış tibbi yardım göstərmək;
  • Sənaye obyektlərində gələcəkdə sertifikasiya keçirməklə «onshore, offshore check-up» tədbirlərinin aparılması;
  • Pasientlərin müalicəsi ilə bağlı təşkilati işlərin həlli;
  • Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət;
  • Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak;
  • Ona tabe orta və kiçik tibb personalının işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Tələb olunan sahə üzrə (senayə təbabəti) ən azı 1 illik iş təcrübəsi olan
  • ABC Reanimasiya
  • IVL aparatında iş
  • EKQ
  • Dil bilikləri
  • Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
  • Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
  • İngilis dili (mütləq);
  • Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
  • Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
  • Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 5 yanvar 2021-ci il.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@leylamc.az elektron ünvanına göndərə bilərlər və ya +994 55 300 10 89 nömrəsi ilə əlagə saxlaya bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının «Sənaye təbabəti şöbəsinin həkimi» göstərilməsi xahiş edilir.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı