Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. SAP proqramında işləmə bacarığı mütləqdir.
Bizim üçün ən ideal namizəd:
- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla)
- Micrsosoft Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.
O cümlədən:
- İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı
- Milli və beynəlxalq uçot standartlarını bilməli
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.
Hansı işləri görəcəksiniz:
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
- Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy
- Davamlı karyera imkanı
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...