Hüquqşunas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Global Management Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər :

  • Hüquqşunas vəzifəsinə – Təhsilini uğurla başa vurmuş,öz işinə ciddi yanaşan, daimi inkişaf axtarışında olan, komandayla işləmə bacarığı olan işçi axtarışındayıq.
  •  Yaş – 25-35
  • Təhsil – Ali ( Bakı Dövlət Universitetinin hüquq fakultəsini qırmızı diplomla bitirmiş namizədlərə üstünlük veriləcəkdir)
  • Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
  • Dil bilikləri – Azərbaycan dili (mükəmməl) ,Rus dili ( yaxşı), İngilis dili (arzu ediləndir)
  • Proqram bilikləri – Microsoft Office proqramları
  • İş təcrübəsi – 0-1 il
  • Aktiv, məqsədyönlü, işini sevən olmalı.
  • Vaxt idarəetmə bacarıqları yüksək inkişaf etmiş olmalı

Vəzifə öhdəlikləri:

  • Hüquqi şəxsin, filial və nümayəndəliklərin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması və ləğvi üçün lazımi sənədlərin tərtib edilməsi;
  • Hüquqi xarakterli sənədlərin,müqavilələrin hazırlanması;
  • Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirilməsi;
  • Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etməsi;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək; Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
  •  Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək;
  • Şirkətlər Qrupunun maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin
  • məhkəmə qərarlarının icrası proseslərinin aparılması;
  • Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli;

İş barədə məlumat:

  • Əmək haqqı razılaşma əsasında
  • Karyera yüksəliş

Maraqlananlar cv-lərini mövzu yerinə “Hüquqşunas” yazaraq , hr@management.az mail ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı