Qısa məzmun
Ə/h razılaşma yolu ilə. CRM Group LLC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərində danışıq bacarığı
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
- Rus və İngilis dillərini bilməsi arzu olunandır
- 1C (8.3) proqramında işləmək bacarığı
İş barədə məlumat:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə
- Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü)
- Əmək haqqı razılaşma əsasında
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Baş mühasib” sözünü qeyd etməklə recruitment@crmgroup.az elektron poçtuna göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...