Qısa məzmun
Ə/h 1800-2800 AZN. MASTER MEDIAMaliyyə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Maliyyə nəzarətin prinsiplərini bilməlidir.
İş barədə məlumat:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Maliyyə şöbəsinin (baş mühasib,mühasib, xəzinədarlar və s.) işinin təşkili, nəzarəti və mühasibat, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
- Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanması, həmçinin büdcənin icrasına nəzarət edilməsi;
- Gələcək və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xrclənməsinə nəzarət edilməsi;
- Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlanması; (inventarizasiya, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
- Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi;
- Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli;
- Gəlirlərin vaxtlı vaxtında daxil olmasının təmin edilməsi;
- Aylıq əmək haqqı hesablamalarının həyata keçirilməsinə nəzarət;
- Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vergilərin minimallaşdırılmasının planlaşdırılması,vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını həyata keçirmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən dilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Daxil olan pul vəsaitlərini,əsas vəsəitlərin,hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi; – 1.C proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Namizədə tələblər:
- Maliyyə nəzarətin prinsiplərini bilməli;
- Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli;
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklərin olması;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
- Ünsiyyət qurma bacarığı və təzyiq altında işləmək bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- 1C 8.3 proqramlarını mükəmməl bilməli;
Əlavə məlumatlar:
- Əmək haqqı – 1800-2800 AZN
- İş qrafiki: 6gün, 09:00 – 18:00.
- İş yeri Şixovda yerləşir,nəqliyyat və nahar şirkət hesabına
- Tələblərə uyğun namizədlərin 30.12.2020 tarixə dək, şəkilli CV-ni coast.project19@gmail.com ünvanına göndərilməsi xahiş olunur
Oxşar vakansiya siyahısı:
Kredit mütəxəssisi
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Borcların təhlili üzrə kiçik mütəxəssis
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 800 ₼
Mühasib köməkçisi“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Maliyyə meneceri
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisiEmbafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...