Qısa məzmun
Ə/h razılaşma yolu ilə. HR Option Maliyyə Analitiki vəzifəsi üzrə vakansiya elan edir. Dürüslük, məsuliyyətlilik,çeviklik olmalıdır.
Şirkət haqqında:
HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
- ACCA , CIMA CFA üzrə biliklər,
- Ümumi IFRS-i biliyi
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
- Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
- Problemlərin həll etmə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
Vəzifələr:
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@hroption.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə Analitiki” yazaraq qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...