Maliyyə monitorinq şöbəsinin rəisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Rabitabank OJSC Maliyyə monitorinq şöbəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir. Sahə üzrə ən azı 3 illik iş təcrübəsi tələb olunur.

“Rabitəbank” ASC Komplayns departamenti, Maliyyə monitorinq şöbəsinin rəisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bank əməliyyatlarının «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirilməsinə nəzarət emək;
  • Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə yaradan əməliyyatların eyniləşdirilməsi və verifikasiya proseduruna nəzarət etmək;
  • Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidmətnin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularının cavablandırılmasını təmin edir və
  • Qara siyahıda olan dövlətlər»-lə əməliyyatları yoxlayır şübhəli olan əməliyyatların icrasını dayandırır;
  • PY/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsini təşkil etmək;
  • Çirkli pulların yuyulmasına qarşı tədbirlərlə bağlı yerli və xarici banklarla əməkdaşlıq etmək;
  • Beynəlxalq məlumat-axtarış sistemlərindən istifadə etməklə xarici dövlətlərin firma və təşkilatları, embarqo və sanksiyalar tətbiq olunmuş hüquqi və fiziki şəxslər, həmçinin xarici siyasi xadimlərin pul vəsaitləri və digər əmlaklarla əməliyyatlarını yoxlamaq;
  • “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun hesablaşma-kassa əməliyyatlarının aparılmasına nəzarət etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Maliyyə savadlığı, risk əsasları, Azərbaycan Respublikası Mərkəzi Bankının qayda və təlimatlarını bilmək;
  • CAMS kurslarında iştirak və ya sertifikatın olması üstünlükdür;
  • Azərbaycan, Rus və İngilis dilini səlist bilmək;
  • Analitik düşüncə, yüksək kommunikasıya və təqdim etmə bacarığı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə monitoriq şöbə rəisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiya siyahısı:

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı