Qısa məzmun
Ə/h 800 AZN. Zəhmət Ruzi MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Sənədləşmə AR-məcələssinə uyğun olaraq aparılır.
İş barədə məlumat:
- Yaxşı səviyyədə Əmək Qanunvericiliyi biliyi
- Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq (öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür)
- Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili
- Müsahibə aparma (recruiting) bacarıqları
- Daxili təlimlərin təşkil edilməsi
- Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- Vəzifə təlimatlarının hazırlanması;
- İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel) mühasibatlığa təhvil verilməsi;
- Şəxsi işlərin yaradılması və saxlanılması
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Əmək müqavilələrinin və əmrlərin, vəzifə təlimatlarının,əmək kitabçalarının yazılması;
- Xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılması;
- Əmək haqqı kartlarının açılması və sifarişi;
- Arayışların və etibarnamələrin yazılması;
- E-gov.az-da əməliyyatların aparılması;
- İşlərin əmək qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi.
- Ümumi şirkət üzrə məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması;
- Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi
- Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi
- Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər olunan keyfiyyətlər:
- Yalnız xanım namizədlər tələb olunur
- İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi
- Komanda daxilində işləmək bacarığı
- Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
- Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
- İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi
- Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları - Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) sevda.q@sab.az elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...