Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
Namizədə dair tələblər:
- Ali təhsilli olmalıdır,
- Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır,
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
- Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
- Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.
Əsas vəzifə öhdəlikləri:
- Daxili və xarici bazarları araşdırmaq.
- Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
- Zavod fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
- Bölmələr tərəfindən edilən tələbləri prosedurlara görə hazırlayıb təklif toplama mərhələsinə gətirməyi təmin etmək.
- Bölmələrdən gələn xammal, qatqı, ehtiyyat hissəsi, sərfiyyat vasitlərini və xidmət tələblərini qiymətləndirmək və qısa müddət ərzində tədarüklərini təmin etmək.
- Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin bölmələr tərəfindən hazırlanmasını və Satınalma
- Rəisinin tapşırıqları əsasında lazımı tədbirləri həyata keçirmək.
- Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
- Satınalınan mal və xidmətlər üçün proseduralara uyğun olaraq lazımi koordinasyanı həyata keçirmək.
- Satınalma əməliyyatını aidiyyatı prosedurlara uyğun olaraq hazırlamaq və sifariş olunan ləvazimatları nəzarətdə saxlamaq.
- Satınalma hesabatlarının və sənədlərinin hazırlanmasını təmin etmək.
- Satın alınan malın daşınması və sığorta əməliyyatlarını prosedurlar çərçivəsində həyata keçirmək.
- Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə hıyata keçirilməsini təmin etmək
- Satınalma fəaliyyətini, lazım gələrsə sərfiyat, anbar dəyərləndirilməsi, mədaxil və məxaric zamanı İnsan Sağlamlığı və Təhlükəsizliyi qaydalarına uyğun həyata keçirilməsi üçün işçiləri maarifləndirmək.
- Satınalma malların məxarici, mədaxili və mühafizəsi zamanı Ətraf Mühitin çirklənməməsinin qarşısının alınması üçün lazimi tədbirlərin görülməsi.
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Əsas təminatlar:
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.
E – mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində ” Satınalma üzrə mütəxəssis ” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...