Online satış meneceri
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Online satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə bacarığı olmalıdır.

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Companies” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə Şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Online satış meneceri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan dilinin qrammatik, leksik və fonetik normalara uyğun bilmək və düzgün tətbiq bacarıqları;
  • Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
  • Online müştərilər qazanmaq və lazım olduqda görüşlərdə iştirak etmək;
  • Surətli düşünmə və mətn yazma bacarığı və natiq, səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı;
  • Yaş: 23-35;

İş barəsində məlumat:

  • Layihə Menecerinin tapşırıqlarını icra etmək;
  • Online mağazada satış reallaşdıra bilmələri üçün müxtəlif vendorlar (satış müəssisələri və ya şəxsləri) tapıb, onlarla görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmək;
  • Davamlı bazar araşdırmaları edib, yeni məhsullar və ya şirkətləri tapıb, əməkdaşlığa cəlb etmək;
  • Satış dövründə tələbatı müəyyən edib, həmin məhsullarla bağlı düzgün strategiya formalaşdırmaq üçün təkliflər vermək;
  • Davamlı trendləri izləmək və yeni trend yarada bilmək üçün planlar qurmaq;
  • Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
  • Əməkdaşlar və müştərilər üçün motivasiya xarakterli planlar hazırlayıb, rəhbərliyə təklif etmək.
  • Nahar şirkət tərəfində təmin olunur;
  • İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
  • Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı