Qısa məzmun
Ə/h 500-700 AZN. Konfirom MMC çilingər vəzifəsi üzrə vakansiya elan edir. Qida və senaye avadanlığı biliklər tələb olunur.
İş barədə məlumat:
- İstehsalat avadanlıqları və yüngül texnikanın (un məmulatı hazırlayan dəzgahlar) təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
- Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
- İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
- Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
- İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
İş saatı:
- İş qrafiki – 3 növbəli qrafiklə gündəlik 8 saat
- Əmək haqqı – 500-700 AZN Müsahibə əsasında müəyyənləşdiriləcək
- Nahar və iş geyimi şirkət tərəfindən verilir
- Məsul şəxs – Əsgərov Emin
Namizədə tələblər:
- Ali texniki təhsil (Qida sənayesi maşın və apparatları ixtisası arzu olunandı)
- Mexanik vəzifəsində 3 ildən artıq iş təcrübəsi
- Qida və senaye avadanlığı biliklər
- Qida istehsalı sexinə 30-55 yaşlarında mexanik vəzifəsinə mütəxəssis tələb olunur
Maraqlanan şəxslər 055 455 90 34 nömrəsi ilə əlaqə saxlasınlar.
Oxşar vakansiya siyahısı:
Mexanik
Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. ...