İP Telefoniya üzrə inzibatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı İP Telefoniya üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı İnfrastruktur və əməliyyatlar departamentinin İT infrastrukturların idarə edilməsi şöbəsinə İP Telefoniya üzrə inzibatçı axtarışındadır.

Özünə və peşəkar bacarıqlarına güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Şəbəkə və telekommunikasiya avadanlıqlarını quraşdırmaq və sazlamaq;
  • Bankın şəbəkəsində yaranan problemlərin həll olunmasında və şəbəkəyə daxil olmaq üçün buraxılışların verilməsində texniki dəstək;
  • IT Rəhbərliyi üçün şəbəkə və telefoniya ilə bağlı hesabatlar hazırlamaq, telefonlarda və əlaqəli xidmətlərdə yaranan problemlərin
  • llində istifadəçilərə texniki dəstək;
  • Şəbəkə və telefoniya ilə əlaqədar yeni sistemləri quraşdırmaq, sazlamaq və yaranan problemləri həll etmək;
  • Bankda şəbəkə və telefoniyanın inkişafı və optimizasiyası üçün yaradıcı təkliflər vermək.

Bizim üçün ideal namizəd:

  • CUCM,UCCX,CUCN,CUP 10.X/12.X, IP Telefoniya kimi UCC texnologiyaları ilə yüksək səviyyədə iş təcrübəsinə sahib;
  • Enterprise VoIP, SIP Trunking, IVR, Call Center, zənglərin yazılması, korporativ direktoriya inteqrasiya, audio, video və veb konfranslarda geniş miqyaslı və çox saylı müəssisə mühitlərində yüksək səviyyədə iş təcrübəsinə malik;
  • Geniş miqyaslı server topologiyasını təmin etmək bacarığına sahib;
  • Cisco UC sistemi ilə 3+ iş təcrübəsinə sahib;
  • Sadələşdirilmiş Texniki İngilis dili (ehtiyac olduqda İngilis dilində texniki sənədləri başa düşmək üçün) biliyi olan;
  • CCNP Voice sertifikatına malik;
  • Kollektivlə işləmək bacarığına sahib olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İP Telefoniya üzrə inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı