Qısa məzmun
Ə/h 800 AZN. AS İnşaat MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət hesabına verilir.
Yerinə yetirəcəyi işlər:
- Layihədə tikinti-quraşdırma işlərinin icrası zamanı istifadə və tətbiq olunan materialların qəbulu, saxlanması və buraxılmasının sistemləşdirilməsi və tam nəzarətdə saxlanması üçün anbar fəaliyyətini təşkil edir;
- Müxtəlif materialları: yanacaq, xammal, polufabrikat, hazır məhsul, detallar, alətlər, əşyalar və anbara qəbul edilməsinə, tərəzidə çəkilməsinə, saxlanması zamanı normatıv sənədlərin tələblərinə riayət olunmasına və anbardan buraxılmasına nəzarət edir;
- Qəbul edilən malların qaimə ilə uyğunluğunu yoxlayır və düzgünlüyünə nəzarət edir;
- Əl ilə və yaxud mexanizmlərin köməyilə materialları onların növü, keyfiyyəti, təyinatı və digər əlamətlərə görə anbarda yerləşdirilməsinə nəzarət edir;
- Mal və materialların xarab olmaması və itməməsi üçün tədbirlər görür;
- Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar qeydiyyatların aparılmasını və onların hesabat sənədlərinin təqdim olunmasını təmin edir;
- Anbardar gün ərzində baş verən maddi qiymətli mallar dövriyyəsi üzrə əməliyyatları, daxil olmuş məxaric və mədaxil qaimələrini iş gününün sonuna dək elektron bazaya daxil edir.
Tələblər:
- Ali təhsil
- Tikinti sahəsində anbar təsərrüfatı üzrə 3 il iş təcrübəsi
- Microsoft Office, 1C proqramlarında işləmə bacarığı
İş şəraiti:
- İş rejimi 6 günlük
- Əmək haqqı 800 AZN
- Nahar şirkət hesabına
İş yeri Xaçmaz rayonunda yerləşir
Xaçmaz və yaxın rayonlardan olan namizdələrə üstünlük veriləcəkdir.
CV üçün e-mail: hr@asinshaat.az (Anbardar başlığı ilə göndərməniz xahiş olunur).
Oxşar vakansiya siyahısı:
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...