1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərliak edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İnformasiya Texnologiyaları üzrə Direktor tələb olunur.
İşin rolu:
- İşin əsas rolu şirkətə məxsus olan informasiya texnologiyalarının inkişafı və idarə edilməsidir. İT direktoru İT departamentinin effektiv idarə olunmasına və vacib İT həllərinin inkşafına görə məsuldur.
Vəzifə öhdəlikləri:
- Şirkətə bağlı bütün İT əməliyyatlarına nəzarət etmək
- Şirkətin İT tələblərini və ehtiyaclarını analiz etmək və müəyyənləşdirmək
- Korporativ strategiyalarına uyğun olan effektiv İT həllərini və siyasətlərini hazırlamaq və qurmaq
- İT şöbəsinin keyfiyyətli performansı üçün onları yeni texnoloji avadanlıqlarla və proqramlarla təmin etmək
- Şirkətin büdcəsinə uyğun olan İT sistemlərinin və işçilərinin səmərəli fəaliyyətini təmin etmək
- Biznes hədəflərini praktik və texniki həllərə çevirmək
Əsas tələblər:
İxtisas / Təhsil:
- İnformasiya Texnologiyaları, Mühəndislik və ya digər müvafiq sahədə Ali təhsil
- İT üzrə sertifikatlar arzu olunandır
Təcrübə:
- İT sahəsində ən azı 10 illik iş təcrübəsi
- İT rəhbər vəzifəsində ən azı 5 illik təcrübə
- Pərakəndə satış sahəsində İT vəzifəsində təcrübə arzu olunandır
Bilik və bacarıqlar:
- Azərbaycan, Rus və İnglis dillərini səlist seviyyədə bilmək
- Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək
- Drayverlərin quraşdırılmasında və qeydlərin yoxlanılmasında biliklər
- İT layihələrinin idarə etmək bacarığı
- Şəbəkə avadanlığını effektiv şəkildə tənzimləmək bacarığı
- MS Domain sistemi və Active Directory haqqında mükəmməl biliklər
- MS Office 2013/16/19 məhsullarının quraşdırılmasını və nasazlıqlarının aradan qaldırılmasını bilmək
- MS Outlook-u yaxşı bilmək
Kompetensiyalar:
- Liderlik
- İdarəetmə
- Problem həll etmə
- Strateji düşüncə
- Mükəmməl ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “İT Direktor” qeyd edib göndərilməsi xahiş olunur
Oxşar vakansiya siyahısı:
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...