Qısa məzmun
Ə/h 700-1000 AZN. Ambiance Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
• Şəhər – Bakı, Sumqayıt, Gəncə, Lənkəran
• Yaş – 25-45 yaş
• Təhsil – Ali
• İş təcrübəsi – 1 ildən 3 ilə qədər
• Telefon: +994124970715
• E-mail – office@ambiance.ge
İş barədə məlumat:
“Ambiens” MMC-nin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəliyi, Polşanın öndəgedən “Polpharma”, “Adamed”, “Polfa Tarchomin” farmasevtik zavodlarının rəsmi təmsilçisi Bakı, Sumqayıt, Gəncə və Lənkəran bölgələrinə tibbi nümayəndə vəzifəsinə vakansiya elan edir.
İşin təsviri:
- Tbbi müəssisələrin və apteklərin ziyarət edilməsi
- İstehsalçı zavodların preparatlarının tanıdılması
- Seminar və prezentasiyaların təşkil edilməsi
- Aptek aksiyalarının həyata keçirilməsi
- Farmakonəzarət (preparatların əlavə təsirlərinin monitorinqi)
- Görülən işlər barəsində hesabat hazırlanması və rəhbərinə təqdim edilməsi
- İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək)
- Əmək haqqı 700-1000 manat, bonus sistemi mövcuddur
- İşçi sınaq müddətindən sonra şirkət tərəfindən avtomobillə təmin edilir
Namizədə tələblər:
- Ali təhsil (mütləqdir)
- Kardiologiya, nevrologiya, psixiatriya, dermatologiya, pediatriya sahələri üzrə minimum 2 il tibbi nümayəndə vəzifəsində iş təcrübəsi (mütləqdir)
- Ezamiyyət məhdudiyyəti olmamalıdır
- Xarici görünüşünə və səliqəli geyiminə diqqət etməli
- Səlis danışıq qabiliyyəti
- Dürüst, səbirli və məsuliyyətli
- Ünsiyyət yaratmaq bacarığı
- Komandada işləmək bacarığı
Maraqlanan şəxslər CV-lərini office@ambiance.ge elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...