Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Caspel MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Kompüterlə sərbəst işləmə bacarığı olmalıdır.
Namizədə aid tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- 30-45 yaş həddi ,
- Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
- Komputer bilikləri – Microsoft office, Logo Unity, ERP, 1C 8.3
- ACCA , CIMA CFA üzrə sertifikatlar
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
- Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
İş haqqında məlumat:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
- Kapital və investisiya qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
- Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
- İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
- Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları, Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
- Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.
Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini sevda.n@caspel.com elektron ünvanına (“Baş mühasib” başlığı ilə) müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...