Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AtaSığorta ASC Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi vakansiyası haqqında:
Şirkət: AtaSığorta ASC
İş qrafiki: Standart (09:00 – 18:00, 1-5-ci günlər)
Son müraciət tarixi: 30.11.2020
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin sığortası sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
- Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
- Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
- Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
- Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması;
- Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
- Şöbə müdirinin digər tapşırıqlarının icra edilməsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat üzrə təhsilə üstünlük verilir)
- İş təcrübəsi: 1 ilə qədər
Tələb olunan bacarıq və səriştəliklər:
- Azərbaycan dili (İngilis və Rus dili üstünlükdür)
- Microsoft Office proqramlarının peşəkar istifadəçisi
- Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı
Müraciət etmək üçün: Başlıqda “Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi” qeyd olunmaqla CV-nizi yegane.karimova@atasigorta.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...