Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzEstetik group Mühasib – operator vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik,operativlik,kollektivdə işləmə bacarığı olmalıdır.
İş barədə:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- İşçilərin aylıq əmək haqlarının hesablanması
- Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
- Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
- Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
- Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Yerli və xarici kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
- Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi
Tələblər:
- Ali təhsil (Iqtisadiyyat, Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi;
- Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
- Təhlil aparmaq bacarığı;
- İnkişafa meyilli;
- Ciddi, məsuliyyətli, dəqiq olmalı;
- Yaş həddi 25-35 arası
- Kompüter bilikləri: MS Office (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Qanunvericilik: Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 6 günü;
- İş saatı: 09.00-dan 18.00 kimi,
- Əmək Haqqı – namizədin bilik və bacarığından asılı olaraq dəyiçə bilər
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə ” Mühasib-operator” qeyd etməklə cv@azestetik.az elektron poçt ünvanına göndərmələri xahiş olunu
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...