Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500 AZN. Investaudit Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Ərazidə (rayonda) işləməyə hazır olmalıdır.

İş barədə məlumat:

  • Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
  • Hesab və elektron qaimə-fakturaların yazılması
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması
  • İş Göyçay rayonunda yerləşir
  • İş qrafiki həftə içi 5 gün: saat 09:00-dan 18:00-dək
  • Şənbə və bazar günləri istirahət günüdür
  • Nahar fasiləsi saat 13:00-dan 14:00-dək
  • Nəzərdə tutulan əmək haqqı 1500 manat (əlavə olaraq ayrıca aylıq mükafatların verilməsi nəzərdə tutulur)

Namizədə tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
  • Ərazidə (rayonda) işləməyə hazır olmalı
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq
  • Vergi Məcəlləsini bilməli
  • İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi
  • Cinsi – Kişi
  • Microsoft Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Baş mühasib” yazaraq office@investaudit.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə