Analitik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“A+CO” MMC şirkəti Büdcə və Hesabatlılıq şöbəsinə “Analitik” vəzifəsi üzrə işçi axtarışı elan edir.

“A+CO” MMC şirkəti Büdcə və Hesabatlılıq şöbəsinə “Analitik” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

  • Maliyyə və İqtisadiyyat üzrə ali təhsili.
  • Yaş: 21-30.
  • Yerli qanunvericilik və İFRS sahələrində praktiki və ya nəzəri biliyi olan namizədlərə üstünlük veriləcəkdir.
  •  Mükəmməl Microsoft Office (MS Excel) proqram bilikləri
  • Logo Tiger 3 Enterprise proqram bilikləri aruz olunandır.
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nəğd pulun hərəkəti proqnozlarının hazırlanmasında iştirak;
  • Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
  • Büdcənin icrasına mütəmmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim olunması;
  • Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;•
  • Kənar audit yoxlama prossesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Analitik” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Vergilər üzrə mütəxəssis

PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Insurance

13.05.2025 - Bakı

Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı

ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

13.05.2025 - Sumqayıt

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.05.2025 - Bakı

700 — 800 ₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

12.05.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı