Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi ən azı 1-2 il;
- Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- İngilis və Rus dili üzrə biliklər;
Vəzifə öhdəlikləri:
- Dərman preparatlarının qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi;
- Qaimə üzrə mədaxil olunmuş dərman preparatlarının, tibbi ləvazimatların və kosmetik vəsatələrin alış, topdan və pərakəndə satış qiymətlərinin sistemə əlavə edilməsi;
- Müqavilə və sənədlərin tarixlərinin, qaimələrdə qeyd olunan məbləğlərin uyğunluğuna nəzarət edilməsi;
- Sənədləşməyə dair uyğunsuzluq yarandığı təqdirdə əməkdaşlıq edilən şirkətlərlə elaqə yaradılması və mütəmadi məlumat mübadiləsinin təmin edilməsi;
- Sertifikat analizlərinin qaimədə qeyd olunan seriya nömrələri ilə uyğunluğunun yoxlanılması;
- Beynəlxalq Ticarət Sövdələşməsinə uyğun nəqliyyat hesab-fakturaların hazırlanması üçün tələb olunan sənədlərin əməkdaşlıq edilən şirkətlərə elektron şəkildə göndərilməsi;
İş şəaiti:
- İş yeri: Begoc Biznes Mərkəzi (Zərifə Əliyeva küç., 93)
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə zamanı müəyyən olunacaqdır.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...