Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Elektrik vəzifəsi üzrə vakansiya elan edir. Avtomatika sistemindən ümumi anlayışı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Elektrik təchizatı ilə əlaqədar cari işlərin icrası. Bu işlərə lampaların, köhnə elektrik naqillərinin dəyişilməsi, elektrik cihazlarının və qurğularının şəbəkəyə qoşulması kimi işlər aiddir.
- Bankın, Azərbaycanın müxtəlif şəhərlərində və regionlarında yerləşən yeni filiallarında və binalarında elektrik xəttlərinin çəkilməsi.
- İş prosesinin effektivliyini yüksəltmək məqsədi ilə zəruri məsləhətləşmələrin aparılması.
- Bankdakı elektrik cihazlarından və qurğularından istifadə qaydaları və minimal təhlükəsizlik tələbləri ilə tanışlıq məqsədi ilə bankın işçi heyəti üçün zəruri təlimatların keçirilməsi.
Tələblər:
- Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 3-cü elektrik dərəcəsi və ya səlahiyyətli təşkilatlarda attestasiya;
- Ən azı 2 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi;
- Avtomatika sisteminin ümumi anlayışı;
- Elektrik şitlərinin avtomatikasının yığılması;
- Generatorların servisi;
- Ümumi elektrik xətlərinin yığılması;
- Montaj – demontaj işləri;
- UPS servisi;
- Stabelizatorların yığılması;
- Generatorların AVR sisteminin qoşulması;
- Azərbaycanın regionlarına səfər etmək imkanı.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Hacıqabul ( İstehsal )
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis - Hacıqabul ( İstehsal )vəzifəsi üzrə vakansiya elan edir ...