Operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora Operator (Gəncə) vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə – Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “Operator” (Gəncə)

İşin qısa təsviri :

Sizin əsas vəzifə öhdəlikləriniz :

  • İnvertarlar əməliyyatlarının aparılması;
  • Müştərilərlə bağlanan müqavilələrin yoxlanılması;
  • Rəhbərliyin tapşırığı ilə hesabatların hazırlanması;
  • Sənəd dövriyyəsinin aparılması;
  • Müştərilərin yeni kod açılması tələbinin keçirilməsi;
  • Davamiyyət cədvəllərinin və tabellərinin işlənməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

  • Operator vəzifəsində iş təcrübəsi;
  • Microsoft Office bilikləri, Excell ( əla );
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

  • Təhsil : Ali (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi : Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik;
  • Kompüter bilikləri : ERP sistemləri üzrə təcrübə, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə.

Bizim iş şərtləri :

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Gəncə.

Biz nə təklif edirik :

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Operator-Gəncə” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı