SƏTƏM mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1200 AZN, Spark MMC SƏTƏM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analitik və məntiqi təhlil bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiq etmək və həyata keçirmək;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısının alınması üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək və təkliflər vermək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsini təşkil etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlim verməli, işçilərin təlim sonrası bilgi səviyyəsi yoxlanılmalı və eydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik etmək;
  • Bütün xidmət sahələri və SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını təmin etmək;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər və təlimlər həyata keçirməli, Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək;
  • Əməyin mühafizəsi üzrə mövcud prosedurları hazırlamaq;
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək.

Namizədə tələblər:

  • SƏTƏM üzrə müvafiq sertifikatlar
  • Təhsil: Ali (müvafiq sahə üzrə)
  • Təcrübə: Sahə üzrə minimum 2 illik iş təcrübəsi
  • Cins: Kişi

İş yeri: Bakı şəh., Nərimanov ray., İsaqzadə qəs., 10-cu köndələn
İş şərtləri: Şirkət tərəfindən nahar
İş qrafiki: I-V günlər
İş saatı: 09:00-dan 18:00-a
Əmək haqqı: 800-1000 azn (net)

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “SƏTƏM mütəxəssisi” adını qeyd edərək asiman.rahimzada@sparkbeton.com ünvanına CV-ni göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı