Məhkəmə qərarlarının icrası üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-600 AZN. BOA Agency Məhkəmə qərarlarının icrası üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office əla bilməlidir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “BOA Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarların icrası ilə bağlı icra orqanlarında Bankın adından çıxış etmək, zəruri hallarda sorğular vermək
  • İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, lazım olan məktub və sorğular hazırlamaq, borclularla mütamadi əlaqə saxlamaq
  • Məhkəmə qərarına əsasən borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsinin təmin etmək
  • Borclunun digər əmlakı aşkar olunduqda əmlakın üzərinə həbsin qoyulması, qiymətləndirilməsi və hərraca çıxarılması üçün tədbirlər görmək 
  • Şöbə müdiri tərəfindən tələb olunan halda 3 (üç) iş günü ərzində icraatında olan işlər barədə şöbə müdirinə (yazılı) hesabat təqdim etmək
  • İş prosesində ona verilən digər tapşırıqların vaxtında və səliqə ilə icrasını təmin etmək və görülmüş işlərlər bağlı məlumatları UDC proqramına dərhal əlavə etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Müvafiq iş sahəsində 1- 3 il iş təcrübəsi olmalı
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti
  • Kompüter bacarıqları – Microsoft Office, Outlook Ekspress, İnternet Explorer-yaxşı səviyyədə
  • Yeni informasiya texnologiyalarından və ofis avadanlığından səmərəli istifadə etmək bacarığı
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları
  • Komanda ilə işləmək bacarıqları
  • Yaş həddi  23-42

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
  • Əmək müqaviləsi.
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün
  • İş saatları I-V saat 09:00-dan 18:00-a qədər


Maraqlanan şəxslər öz CV-lərini 
office@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı