Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Anbar uçotu üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Anbar uçotu üzrə mütəxəssis
- İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.(Kürdəxanı dairəsinə çatmamış)
- İş təcrübəsi: 1 il
- Təhsil: Ali təhsil
- Yaş həddi: 21-26
İşin Təsviri: Anbar qalıqlarının izlənilməsi, tiger stoklarının çəkilməsi, anbar qalıqlarının üzləşdirilməsi, yaranan fərqlərin və neqativ stokun aradan qaldırılması.
Vəzifə öhdəlikləri:
- Yoxlanma zamanı sənədlərdə yaranmış problemlərin həll edilməsini təmin etmək;
- Gündəlik sürücü anbarlarının tiger stokunun çəkilməsini icra etmək;
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
- İnventarizasiya şöbəsinin müştərək şirkətlərin mağazalarında keçirdiyi sayım zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Tələblər:
- Stress altında işləyə bilmək;
- Zamanı idarə etmək bacarığı;
- Müsbət müştəri məmnuniyyəti yaratmaq;
- Komandada işləmək bacarığı;
- Diqqətli və ünsiyətcil olmaq;
- MS Office proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə “Anbar uçotu üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...